Mədət Quliyev: "Casus şəbəkəsi barədə məlumatlar Müdafiə Nazirliyinə bizim tərəfimizdən verilib"

 

“Bu barədə məlumatlar cənab prezidentə məruzə olunduqdan sonra Müdafiə Nazirliyinə verilirdi. Qeyd etmək istəyirəm ki, bu əməliyyatı Müdafiə Nazirliyinin rəhbərliyi özü həyata keçirdi”.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev deyib. Ordudakı casusluq xəbərlərinə toxunan Quliyev qeyd edib ki, bu məsələ ilə bağlı prezidentin tapşırığı əsasında müəyyən tədbirlər həyata keçirilib:

“Bilirsiniz ki, Azərbaycanda digər dövlətlərin maraqları çoxdur. Bu, bizim yerləşdiyimiz bölgə ilə bağlıdır. Təbii ki, burada casuslar da var. Amma biz onları zərərsizləşdiririk”.

DTX rəisi bildirib ki, Azərbaycan islamiadada fantastik uğurlar əldə edib:

“Yarışın gərginliyini və medalların sayını gördünüz. Prezident İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinə prezident seçildi. Dünyanın heç bir yerində gənclərlə belə siyasət aparılmır, gənclərə bu cür diqqət yetirilmir. Təbbi ki, bu göstəricilər aparılan məntiqi siyasətin nəticəsidir. Biz 2-ci və ya 3-ce yerə də çıxa bilərdik, bu, vacib deyil. İnsanların yarışlara gəlməsi, sevinməsi xalqın həmrəyliyi idi. 

Dünyanın ağır bölgəsində yerləşirik, bizə təzyiqlər var. Buna baxmayaraq təhlükəsizlik təmin olundu. Dövlət başçısının tapşırıqları yerinə yetirildi. 

IV İslam Oyunlarında hər hansı təxribata cəhd olunmadı. Biz bir il əvvəldən qabaqcıl tədbirlər görərək bunun qarşısını almışdıq. Digər dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqəli işləyirdik.

2017-05-27 / 12:09
Facebook