Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq


14956097163314312835_1000x669

V İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı kişi voleybolçulardan ibarət Azərbaycan yığması Fransanın Lion şəhərindədir.

Millimiz bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. Voleybolçularımız Türkiyə yığması ilə üz-üzə gələcəklər. Oyunu portuqaliyalı baş hakim Helio Ormonde idarə edəcək. Ona xorvatiyalı Milan Raykoviç kömək edəcək.

“A” qrupunda yer alan millimiz Türkiyə yığması ilə yanaşı, Almaniya, Ukrayna, Fransa və İslandiya komandaları ilə qarşılaşacaq.

Qeyd edək ki, 2018-ci ildə kişi voleybol komandaları arasında dünya çempionatına İtaliya və Bolqarıstan birgə ev sahibliyi edəcək.

2017-05-24 / 12:16
Facebook