Bu gün futbol üzrə UEFA Avropa Liqasının qalibi müəyyənləşəcək


14956055184154411000_1000x669

Bu gün İsveçin paytaxtı Stokholmda futbol üzrə UEFA Avropa Liqasının final qarşılaşmasında Hollandiyanın “Ayaks” klubu ilə İngiltərənin “Mançester Yunayted” komandası üz-üzə gələcəklər.

Komandalar bu günədək 4 dəfə qarşılaşıblar. Bunlarında heç birində bərabərlik qeydə alınmayıb. İki dəfə İngiltərə, iki dəfə isə Hollandiya təmsilçisi qalib gəlib.

Joze Mourinyonun yetirmələri cari mövsüm İngiltərə çempionatında uğursuz çıxış etdiyindən Çempionlar Liqası yarışlarında iştirak etmək hüququnu qazana bilməyiblər. Lakin “qırmızı –şeytanlar” Avropa Liqasını qazanaraq buna nail ola bilərlər.

“Ayaks” isə məğlub olacağı təqdirdə mübarizəyə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindən başlamalı olacaq.

Hər iki klubun heyətində ciddi itkilər var. Belə ki, “Ayaks”dan Deyli Sinkqraven zədəli, Nik Virqever cəzalı, mançesterlilərdən isə Markos Roxo, Lük Şou, Eşli Yanq, Timoti Fosu-Mensa və Zlatan İbrahimoviç zədəli olduqlarından oyunu buraxmalı olacaqlar.

Hollandiya klubu sonuncu dəfə 1992-ci ildə Avropa Liqasının qalibi olub. “Mançester Yunayted” isə bu titula indiyənədək yiyələnməyib.

Qeyd edək ki, final görüşü Bakı vaxtı ilə 22:45-də start götürəcək.

2017-05-24 / 10:59
Facebook