Kişilərin fərdi tennis yarışlarında Altuğ Çelikbilek qızıl medalı aktivinə yazdırıb


1495449578690925400_1000x669

Mayın 22-də İslamiadanın tennis yarışlarında kişilər arasında fərdi mübarizə başa çatıb.

Türkiyəli tennisçilərin üz-üzə gəldiyi final görüşündə qızıl medala Altuğ Çelikbilek sahib olub. A.Çelikbilek rəqibi Anıl Yüksələ 6:4 və 6:4 hesabı ilə qalib gələrək çempion adına layiq görülüb.

Üçüncü yer uğrunda görüşdə isə Qətər tennisçisi Zayid Mübarək Şannan Mərakeş təmsilçisi Amin Ahuda üzərində qələbə qazanaraq bürünc medalı aktivinə yazdırıb. İlk setdə 6:0 məğlub olan Oman tennisçisi ikinci setdə zədələnərək oyunu davam etdirə bilməyib.

Qalib idmançılara medalları Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Salam Əsgərəlizadə mükafatları təqdim edib.

Sonda Türkiyənin dövlət himni səsləndirilib.

2017-05-22 / 15:50
Facebook