Mariya Stadnik: İslamiadanın Bakıda keçirilməsi üzərimizə böyük məsuliyyət qoyurdu


14954481146425033900_1000x669

Yarış rahat keçdi, amma psixoloji təzyiq, gərginlik vardı. İslam Həmrəyliyi Oyunları kimi mötəbər tədbirin Bakıda keçirilməsi üzərimizə böyük məsuliyyət qoyurdu.

Bu sözləri müsahibəsində qadın güləşçimiz Mariya Stadnik (48 kq) söyləyib.

Finalda türkiyəli Evin Demirhan üzərində təmiz qələbə qazanaraq İslamiadada Azərbaycanın aktivinə 70-ci qızıl medalı yazdıran Mariya Stadnik deyib: “Evin Dəmirhana ayın əvvəli Serbiyada keçirilən Avropa çempionatında da asanlıqla qalib gəlmişdim. Bu qalibiyyətimdə azarkeşlərin dəstəyini də qeyd etmək istərdim. Ailəm yanımda olmasa da, çıxışımı televiziya vasitəsilə izləyiblər. Mayın 22-də qızımın 4 yaşı tamam olur, çox sevinirəm”.

2017-05-22 / 15:24
Facebook