Güləşçimiz Məhəmməd Müslümov qızıl medal uğrunda mübarizə aparacaq


1495179598512989312_1000x669

Azərbaycan güləşçisi Məhəmməd Müslümov IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda mübarizə aparacaq.

65 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 41 saniyə ərzində 10:0 hesabı ilə qələbə qazanıb və finala yüksəlib. Yarımfinalda onun rəqibi Əfqanıstan təmsilçisi Malik Can Sadid olub.

Nurməhəmməd Hacıyev (97 kq) isə ilk görüşündə türkmənistanlı Yusup Melecayevə qalib gələrək yarımfinala yüksəlib.

2017-05-19 / 12:50
Facebook