“Bakı-2017”nin atletika yarışlarının dördüncü gününə start verilib


14951748884421025777_1000x669

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində mayın 19-da Bakı Olimpiya Stadionunda atletika yarışlarının dördüncü gününə start verilib.

Hazırda qadınlar arasında lövhəatma yarışlarının finalı keçirilir. Bu yarışda ölkəmizi Hanna Skidan təmsil edir.

Günün birinci yarısında kişilər arasında 4x100 metr məsafəyə estafet qaçışı və 1500 metrə qaçış, o cümlədən qadın paralimpiyaçılar arasında T12 kateqoriyasında 200 metr və kişi paralimpiyaçılar arasında T12 kateqoriyasında 400 metr məsafəyə qaçış yarışlarının təsnifat mərhələləri baş tutacaq.

2017-05-19 / 11:33
Facebook