“Milli sərvətimizdir, muğam” konsertində tanınmış xanəndələrin ifaları dinləniləcək


1495014597564125795_1000x669

Mayın 31-də Heydər Əliyev Sarayında muğam ifaçılarının iştirakı ilə “Milli sərvətimizdir, muğam” adlı konsert proqramı təqdim ediləcək.

Sarayın mətbuat xidmətindən bildirilib ki, konsertdə tanınmış xanəndələr, Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Simarə İmanova, Əməkdar artist Sevinc Sarıyeva və muğam müsabiqələrinin qalibi və laureatları olan ifaçılar Sərxan Bünyadzadə, Ariz Hüseynov, Nigar Rəhimova, Günay İmamverdiyeva, Mehman Hüseynov, Elgiz Əliyev, Xətai Hacıyev, Babək Şuşalı, Rüstəm Rüstəmzadə, Səfalı Mirzəliyev, Kamilə Nəbiyeva, Vüqar Qarabağlı, Hüseyn Məlikov, Sədəf Budaqlı, Ayşən Mehdiyeva, Ağaşükür Nəsirov və Habil Nuran iştirak edəcəklər.

Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

2017-05-17 / 14:52
Facebook