Türkiyə Prezidenti Rusiyanı ticarət məhdudiyyətlərini dərhal aradan qaldırmağa çağırıb


1493805477214828127_1000x669

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı ticarət məhdudiyyətlərini təcili surətdə aradan qaldırmağa çağırıb.

Ərdoğan bu bəyanatı Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Soçiyə yola düşərkən aeroportda keçirdiyi mətbuat konfransında səsləndirib.

“Əgər biz ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq istəyiriksə, bütün məhdudiyyətləri təcili olaraq və tamamilə aradan götürmək lazımdır. Biz bunun baş verməsini istəyirik və cənab Putinlə birgə mövcud məsələlərin həll olunması və münasibətlərin əvvəlki səviyyəyə qaytarılması üçün böyük səylər göstəririk”, - deyə Türkiyə Prezidenti bildirib.

Ərdoğan əlavə edib ki, iki ölkənin nazirləri artıq sanksiyaların aradan qaldırılmasını müzakirə ediblər. O da bu məsələni Putinlə müzakirə edəcək.

2017-05-03 / 15:21
Facebook