Kabil yaraqlıların hərbi bazaya hücumu nəticəsində ölənlərin sayını dəqiqləşdirib

14932777651170558730_1000x669

“Taliban” hərəkatı yaraqlılarının ötən cümə günü Əfqanıstanın şimalında yerləşən hərbi bazaya hücumu nəticəsində azı 135 nəfər həlak olub, 64 nəfər isə yaralanıb. Bunu Əfqanıstanın Müdafiə Nazirliyi bildirib.

Nazirliyin nümayəndəsi Dövlət Vəziri həyatını itirənlərin 130-unun hərbçi, 5-inin isə mülki şəxs olduğunu deyib.

Xatırladaq ki, aprelin 21-də yaraqlılar əfqan ordusu geyimində Bəlx əyalətindəki hərbi bazaya hücum etmişdilər. Hücumun hədəfi bazanın ərazisindəki məscidə və yeməkxanaya toplaşmış silahsız hərbçilər olmuşdu.

2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkədə gərginlik artmağa başlayıb və cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Bir müddətdir ki, yaraqlılar böyük şəhərlər istiqamətində hücumlarını davam etdirirlər. Həmçinin regionda İŞİD qruplaşmasının da təsir dairəsi artmaqdadır.

2017-04-27 / 12:24
Facebook