Son 10-12 ildə Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb

14932768864007754095_1000x669


Son 10-12 ildə ölkə iqtisadiyyatında yüksəliş 3,5 dəfə artıb.

Bunu Baş nazirin müavini Əli Əhmədov əmək münasibətlərinin tənzimlənməsi və koordinasiya komissiyasının tikinti sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüşündə deyib. O bildirib ki, Azərbaycan dünya miqyasında ən yüksək iqtisadi göstəricilərə nail olub. Bu, iqtisadi yüksəlişdə, əməkhaqlarının və pensiyaların artımında, işsizlik səviyyəsinin azalmasında özünü göstərib.

Baş nazirin müavini qeyd edib ki, 10 illik dövrdə əməkhaqları, pensiya və müavinətlər 3,4 dəfə artıb, 1,5 milyona yaxın iş yerləri açılıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə qədər azalıb. Bunların hər biri böyük, dünya üçün nümunə ola biləcək göstəricilərdir. Buna nail olmaq asan deyil və Azərbaycan dinamik inkişafı təmin edən lider ölkələrdəndir.

Ə.Əhmədovun sözlərinə görə, Azərbaycanda 10 illik göstəriciyə görə, işsizlik səviyyəsi 6 faizdən aşağıdır.

2017-04-27 / 12:15
Facebook